Thursday, October 2, 2014

Dyu Bulkiler


  • 4 x.q. kleykovina (gluten)
  • 4 x.q. protein tozu
  • 1 ədəd yumurta 
  • 90 qr. yağsız kəsmik
  • 5 qr. qabartma tozu
  • 10 qr. vanil 
  • Steviya zövqə görə
  • xəmir aparacaq qədər süd

Əl ile yoğrulub balaca kündələr olunur. Kündələr ələ yapışmasın deyə yağsız süddə ovcu islatmaq olar.
Qızdırılmış sobada 30 dəq. ərzində 170 dərəcədə bişirilir.

Medovik tortu


Biskivitin hazırlanması
  • 6 x.q. quru süd
  • 4 ədəd yumurta
  • 200 ml kefir
  • 4 x.q. buğda kəpəyi
  • 4 x.q. yulaf kəpəyi
  • 1 x.q. qarğıdalı nişastası
  • 1 ç.q. qabartma tozu
  • 20 qr. jelatin
  • steviya
Sufle üçün
  • 200 ml. süd
  • 150 qram yağsız kəsmik
  • aşağı faiz yağlı meyvəli yoqurt


Biskvit: 6 x.q. quru südü tavada qızardırıq, 4 x.q. buğda kəpəyi, 4 x.q. yulaf kəpəyi, 1 x.q. qarğıdalı nişastası, 1 ç.q. qabartma tozu, steviya dada görə və vanil. Bu quru ərzaqlar qarışdırılır, 4 yumurta sarısı və 200 ml kefir əlavə edib qarışdırırıq. Ayrıca 4 yumurta ağını 1 çimdik duz ilə çalırıq beze alana qədər. Və qalan qarışım ilə qaşıqla qarışdırırıq ehmalca. 2 hissəyə bölüb korjları bişiririk. Hər iki korj ortadan yarı bölünür bişəndən sonra.

Sufle: 20 qr jelatine 200 ml süd əlavə edib aşağı odda həll edirik. Steviya da qatırıq. Blenderdə bu qarışımın içinə 150 qram yağsız kəsmik, 2 ədəd yağsız meyvəli yogurt (90qr x 2 əd) əlavə edib yaxşı qarışdırırıq. Korjlara sufle çəkilib soyuduca qoyulur. Nuş olsun!


Dukan çörəyim

  • 4 x.q. yulaf kəpəyi
  • 4 x.q. buğda kəpəyi
  • 1 c.q. maya 
  • 1 x.q. quru süd (yağsiz) 
  • 4 x.q. kleykovina (gluten)
  • 1 x.q. protein
  • 1 x.q. qarğıdali nişastası
  • duz

Adi xəmir kimi yoğrulur. Maya isladılır. Sonra bütün ərzaqlar əlave olunur. Su ilə yoğurdum xəmiri. 40 dəq, 1 saat xemir gəlsin, üzərinə küncüt səpdim. Və 180 derecede 40-50 dəq. bişirdim.

Dyukan üsullu dovğa


  • Yağsız qatıq – 1 l
  • 2 ədəd yumurta
  • göyərti - 2-3 dəstə (nanə, şüyüd, keşniş və ya digər)


Blenderlə qatıq və yumurtaları çırpın, güclü odda qaynayana qədər qarışdırın. Götürənə yaxın göyərtini əlavə edin. Soyuduqdan sonra zövqə görə duz əlavə edin.

1. Hücüm 2. Kruiz 3. Konsolidasiya