Thursday, October 2, 2014

Medovik tortu


Biskivitin hazırlanması
  • 6 x.q. quru süd
  • 4 ədəd yumurta
  • 200 ml kefir
  • 4 x.q. buğda kəpəyi
  • 4 x.q. yulaf kəpəyi
  • 1 x.q. qarğıdalı nişastası
  • 1 ç.q. qabartma tozu
  • 20 qr. jelatin
  • steviya
Sufle üçün
  • 200 ml. süd
  • 150 qram yağsız kəsmik
  • aşağı faiz yağlı meyvəli yoqurt


Biskvit: 6 x.q. quru südü tavada qızardırıq, 4 x.q. buğda kəpəyi, 4 x.q. yulaf kəpəyi, 1 x.q. qarğıdalı nişastası, 1 ç.q. qabartma tozu, steviya dada görə və vanil. Bu quru ərzaqlar qarışdırılır, 4 yumurta sarısı və 200 ml kefir əlavə edib qarışdırırıq. Ayrıca 4 yumurta ağını 1 çimdik duz ilə çalırıq beze alana qədər. Və qalan qarışım ilə qaşıqla qarışdırırıq ehmalca. 2 hissəyə bölüb korjları bişiririk. Hər iki korj ortadan yarı bölünür bişəndən sonra.

Sufle: 20 qr jelatine 200 ml süd əlavə edib aşağı odda həll edirik. Steviya da qatırıq. Blenderdə bu qarışımın içinə 150 qram yağsız kəsmik, 2 ədəd yağsız meyvəli yogurt (90qr x 2 əd) əlavə edib yaxşı qarışdırırıq. Korjlara sufle çəkilib soyuduca qoyulur. Nuş olsun!


No comments:

Post a Comment